Ukrayna hərbçiləri dünən Ukraynanın cənubunda rus ordusuna dörd dəfə zərbə endiriblər.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı “glavred.info” saytı yayıb.
Mənbə yazır ki, bu zərbələr nəticəsində rus ordusu bir neçə zirehli texnikasını itirib. Düşmənin silah-sursat anbarı da məhv edilib. Bu barədə “Cənub” Əməliyyat Komandanlığından məlumat verilib.
Həmçinin, Nikolayev vilayətində Rusiyanın “Orlan” pilotsuz təyyarəsi də zərərsizləşdirilib. Ruslar Nikolayev şəhərinin ətrafını qadağan olunmuş kassetli bombalarla atəşə tutub.
Bizim.Media