Ukrayna prezidentinin saytında ölkədə abortların qadağan edilməsini təklif edən petisiya yerləşdirilib.
Bizim.Media xəbər verir ki, petisiyada geniş miqyaslı müharibə, çoxlu sayda qaçqın və son illərin demoqrafik böhranı səbəbindən abortların qadağan edilməsi təklif edilir.
Bildirilir ki, belə bir qadağa Ukrayna xalqının bərpasına və böyüməsinə kömək edəcək.
Petisiya mayın 23-də dərc edilib.
Sənədə qanunvericilik səviyyəsində baxılması üçün isə lazım olan 25 000 səsdən hələlik yalnız 97 səs toplanılıb.
Rəşad Əliyev, Bizim.Media