Rusiya Silahlı Qüvvələrinin indiyədək təxminən 29 600-ə qədər canlı qüvvəsi zərərsizləşdirilib.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının "Facebook" səhifəsində bildirilib.
“Hücum edən tərəfin 1315 tankı, 3235 zirehli döyüş maşını, 617 artilleriya sistemi, 201 reaktiv yaylım atəşi sistemi, 93 havadan müdafiə sistemi, 206 hərbi təyyarəsi, 170 helikopteri, 2225 avtomobil texnikası və yanacaq çəni, 13 gəmi/kateri, 502 dronu, 47 xüsusi avadanlığı, 114 qanadlı raketi məhv edilib” – deyə məlumatda qeyd edilib.
Bizim.Media