Türkiyə və Pakistan yeni beşinci nəsil gizli döyüş təyyarəsinin dizaynı və istehsalı üçün əməkdaşlıq edir.
Bizim.Media “gdh.digital”a istinadən xəbər verir ki, ilk dəfə 2016-cı ildə elan edilən “TF-X” iki mühərrikli qırıcı təyyarə ilk uçuşunu 2025-ci ildə gerçəkləşdirəcək.
Türk Aerokosmik Sənayesi bu ilin fevral ayında Sinqapur Hava Sərgisində (Singapur Air Show) Milli Döyüş Təyyarəsinin tam miqyaslı nümunəsini nümayiş etdirib.
Qeyd edilib ki, “TF-X” Türkiyənin köhnəlmiş F-16 donanmasını əvəz edəcək. “İslam dünyasının ilk böyük döyüşçüsü” adlandırılan yeni nəsil təyyarə Türkiyə-Pakistan müdafiə əlaqələrini yaxşılaşdıracaq və Ankaranın ABŞ təyyarələrindən asılılığını azaldacaq.
Bizim.Media