ABŞ-ın Federal Təhqiqatlar Bürosu (FTB) keçmiş prezident Corc Buşa qarşı sui-qəsdin qarşısını alıb.
Bizim.Media CNN-ə istinadən xəbər verir ki, şübhəli şəxs sui-qəsdin təşkilinə xarici ölkələrdə yaşayan 4 İraq vətəndaşını cəlb etməyi planlaşdırırmış
Bütün hərəkətləri amerikalı agentlər tərəfindən izlənilən şəxsin Corc Buşun evini videoya çəkdiyi məlum olub.
Qeyd edək ki, onun adı açıqlanmasa da, İŞİD terror təşkilatı ilə əlaqədə olduğu bildirilib.
Bizim.Media