Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə danışıqların bərpası üçün şərtləri açıqlayıb.
Bizim.Media UNİAN-a istinadən xəbər verir ki, o, Rusiya ordusunu fevralın 24-dək olduğu mövqeyə qayıtmağa çağırıb:
“Biz 24 fevraladək olan ərazilərimizi qaytarmaq istəyirik. Yalnız bu zaman danışıqlar masasına əyləşmək olar” – deyə V.Zelenski vurğulayıb.
Bizim.Media