ABŞ və Gürcüstan müdafiə sahəsində əməkdaşlığa dair 10 illik çərçivə sazişi imzalayıb.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, sazişin Gürcüstan Silahlı Qüvvələrinin müdafiə qabiliyyətinin artırılmasına töhfə verəcəyini bildirilib.
Sənəd 2021-ci ilin oktyabrında Gürcüstan və ABŞ müdafiə nazirləri Cuanşer Burçuladze və Lloyd Ostin tərəfindən Tiflisdə imzalanmış “Gürcüstan üçün müdafiə və çəkindirmə tədbirlərinin gücləndirilməsi təşəbbüsü”nün davamıdır.
Bizim.Media