Almaniya iyul ayında Ukraynaya 15 ədəd "Gepard" özüyeriyən zenit sistemləri verəcək.
Bizim.Media UNİAN-a istinadən xəbər verir ki, silahlarının göndərilməsi barədə razılıq Almaniya müdafiə naziri Kristina Lambrext ilə ukraynalı həmkarı Oleksiy Reznikov arasında bu gün baş tutan telefon danışığında əldə olunub.
Razılaşma çərçivəsində Ukraynaya 59 min patron göndəriləcək və hərbçilər üçün təlim keçiriləcək.
Zenit sistemlərinin Almaniya ordusunun ehtiyatlarından veriləcəyi bildirilir.
Bizim.Media