Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Oleksiy Arestoviç prezident Volodimir Zelenskinin və ölkə rəhbərliyinin planlarını açıqlayıb.
Bizim.Media xəbər verir ki, Arestoviç bu barədə “Politeka Online” “Youtube” kanalının canlı yayımında danışıb.
“Ukraynanın döyüş meydanında hərbi qələbəsi, Donbass və Krımın Ukrayna hakimiyyətinin nəzarətinə qaytarılması, Rusiya Federasiyası tərəfindən təzminatların ödənilməsi və Ukraynada hərbi cinayətlərə görə məsuliyyət daşıyanların hamısının cəzalandırılması. Bu halda biz bunu qələbə sayacağıq” – deyə Arestoviç qeyd edib.
Bizim.Media