“İrəvanla Bakı arasında razılığın əldə olunması yolunda Avropa Şurasının rəhbəri Şarl Mişelin səyləri dəstəyə layiqdir”.
Bizim.Media "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə İrəvanda səfərdə olan Litva Prezidenti Gitanas Nauseda ermənistanlı həmkarı Vaaqn Xaçatryanla görüşdən sonra bildirib.
"Litva Ermənistan və Azərbaycan arasında münasibətlərin yaxşılaşdırılması prosesinə öz töhfəsini verir” – deyə ölkə başçısı qeyd edib.
Bizim.Media