“PKK ilə bağlı mövqeyimiz dəyişməyib”.
Bizim.Media xəbər verir ki, bu barədə İsveçin xarici işlər naziri Ann Linde "Twitter" səhifəsində bildirib.
“İsveç və PKK haqqında geniş yayılmış dezinformasiya ilə bağlı xatırlatmaq istərdik ki, İsveçin Olaf Palme hökuməti Türkiyədən sonra ilk dövlət idi ki, PKK-nı terror təşkilatı siyahısına saldı və bu, 1984-cü ildə baş verdi. 2002-ci ildə Anna Lindh İsveçin xarici işlər naziri olanda Aİ də eyni addımı atdı. Bu mövqe dəyişməz olaraq qalır”, - deyə Linde qeyd edib.
Bizim.Media
