ABŞ Prezidenti Co Baydenin mayın 20-də Cənubi Koreya və Yaponiyaya səfəri başlayıb.
Bizim.Media “NEWS.ru”ya istinadən xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
ABŞ lideri səfər çərçivəsində Cənubi Koreya lideri Yun Sok Yol və Yaponiyanın Baş naziri Fumio Kisida ilə görüşəcək.
Məlumata görə, görüş zamanı tərəflər arasında təhlükəsizlik münasibətlərinin dərinləşdirilməsi, iqtisadi əlaqələrin və əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə ediləcək.
Bizim.Media