“Rusiya Silahlı Qüvvələri Severodonetsk istiqamətində hücum edib, uğur qazanmayıb, itki verərək geri çəkilməyə məcbur olub”.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib.
Məlumatda bildirilir ki, Rusiya hərbçiləri Ukraynanın Aleksandropol, Novomixailovka, Aleksandrovka, Vesele hücum keçib, ancaq itki verərək geri çəkiliblər.
Həmçinin qeyd olunur ki, son sutkada Donetsk və Luqansk istiqamətlərində düşmənin 14 hücumunun qarşısı alınıb, 8 tankı, 14 zirehli döyüş maşını və 6 bölmə texnikası məhv edilib. Ukraynanın Hava Hücumundan Müdafiə bölmələri Rusiyanın bir “Orlan-10” PUA-sını vurub.
Bizim.Media