Bu gün Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının iclasını keçirəcək.
Bizim.Media “TASS”a istinadən xəbər verir ki, iclas videokonfrans formatında baş tutacaq.
İclasdaədbir zamanı dövlətin informasiya infrastrukturunun fəaliyyətinin sabitliyinin və təhlükəsizliyinin artırılması məsələlərinin müzakirəsi planlaşdırılır.
Qeyd edək ki, Rusiya Təhlükəsizlik Şurası sonuncu dəfə fevralın 21-də toplaşaraq separatçı “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nın tanınması məsələsini müzakirə edib.
Bizim.Media