Avropa İttifaqının hesabatında KOBİA ilk beşliyə düşdü - FOTO

Avropa İttifaqı-Azərbaycan biznes forumu çərçivəsində Aİ tərəfindən hazırlanmış “Azərbaycanda biznes mühiti - 2021” hesabatı da təqdim edilib.

Avropa şirkətlərinin davam edən yerli islahatlara və qurumların fəaliyyətinin qiymətləndirilməsi sorğusuna əsasən Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) öz mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdıraraq ilk beşlikdə yer alıb (6,04 bal).
Agentlikdən Bizim.Media-ya verilən məlumata görə, hesabatda xarici investorlar KOBİA tərəfindən KOB-ların dəstəklənməsi məqsədilə tətbiq olunan dəstək və xidmətləri səmərəli və faydalı hesab edib. Həmçinin hesabatda KOBİA-nın nəzdində fəaliyyət göstərən KOB evləri, KOB inkişafı mərkəzləri, KOB dostu şəbəkəsi və digər xidmətlərin səmərəli fəaliyyəti qeyd olunur.

Forum çərçivəsində təşkil olunmuş “Maliyyə və digər resurslara çıxış” mövzusunda panel iclasda çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov KOB-ların maliyyə resurslarına çıxışına dair fikirlərini bölüşüb.

Qeyd olunub ki, KOB-ların maliyyələşdirilməsini asanlaşdırmaq üçün qlobal, regional və milli səviyyədə səylər göstərilir.

Bu sahədə KOB-ların maliyyə savadlılığının artırılması, mövcud fondlara çıxışın asanlaşdırılması, öz maliyyə alətləri çərçivəsində, eyni zamanda Agentliyin 20-dən çox KOB inkişaf mərkəzi vasitəsilə maliyyə məsələləri üzrə ödənişsiz təlim və məsləhət xidmətləri göstərilir.
KOBİA tərəfindən KOB-lara qrant verilir, daxili bazar araşdırmasına çəkilən xərcin bir hissəsi dövlət tərəfindən maliyyələşdirilir, KOB-ları innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətində azad edən “Startap” şəhadətnaməsi verilir. Agentliyin nəzdində fəaliyyət göstərən Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzi də KOB-ların müxtəlif layihələrə cəlb edilməsi ilə bağlı bir sıra tədbirlər həyata keçirir.

Eyni zamanda hazırda KOB İnkişafı Fondunun yaradılması üzrə işlərin aparıldığını qeyd edən Orxan Məmmədov sözügedən Fond tərəfindən KOB-lara qrantlar və texniki yardımın təklif ediləcəyini vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Biləcəridə hoteldə kişi meyiti tapıldı

Biləcəridə hoteldə kişi meyiti tapıldı

Qubada əməliyyat keçirildi: HƏBS EDİLƏN VAR – VİDEO

Qubada əməliyyat keçirildi: HƏBS EDİLƏN VAR – VİDEO

Sabah 39 dərəcə isti olacaq – PROQNOZ

Sabah 39 dərəcə isti olacaq – PROQNOZ

Xatirə İslam və həyat yoldaşının qayda pozuntusuna hüquqi qiymət verildi – VİDEO

Xatirə İslam və həyat yoldaşının qayda pozuntusuna hüquqi qiymət verildi – VİDEO

Magistratura üzrə ixtisas seçimi BAŞLAYIR

Magistratura üzrə ixtisas seçimi BAŞLAYIR

Azərbaycan XİN Kolumbiyanı təbrik etdi – FOTO

Azərbaycan XİN Kolumbiyanı təbrik etdi – FOTO

Qarabağın bərpasına dost ölkələrin TÖHFƏSİ – Azərbaycana hədiyyə edilən layihələr – SİYAHI

Qarabağın bərpasına dost ölkələrin TÖHFƏSİ – Azərbaycana hədiyyə edilən layihələr – SİYAHI

Qarabağda yeni ünvan: Xankəndidə ilk “Kontakt” açıldı

Qarabağda yeni ünvan: Xankəndidə ilk “Kontakt” açıldı

Bakıda dələduzluq edən şəxs TUTULDU - VİDEO

Bakıda dələduzluq edən şəxs TUTULDU - VİDEO

Qadını mağazada döyən kişi haqda QƏRAR – VİDEO

Qadını mağazada döyən kişi haqda QƏRAR – VİDEO

Melaniya Trampın dünya çempionatındakı geyimi müzakirə yaratdı – FOTO

Melaniya Trampın dünya çempionatındakı geyimi müzakirə yaratdı – FOTO

Şakira və Ferran Torresin FOTOLARI sosial şəbəkələrdə gündəm oldu

Şakira və Ferran Torresin FOTOLARI sosial şəbəkələrdə gündəm oldu

WSJ: Çin və Rusiya İrana hədəfləri daha dəqiq vurmağa kömək edir

WSJ: Çin və Rusiya İrana hədəfləri daha dəqiq vurmağa kömək edir

Lisey və gimnaziyalara seçimlərin nəticələri AÇIQLANDI

Lisey və gimnaziyalara seçimlərin nəticələri AÇIQLANDI

Ürək sağlamlığı üçün bu 3 qidadan uzaq durun

Ürək sağlamlığı üçün bu 3 qidadan uzaq durun

Rusiya Türkiyə gəmisinə zərbə endirdi – Ölənlər var – FOTO/VİDEO

Rusiya Türkiyə gəmisinə zərbə endirdi – Ölənlər var – FOTO/VİDEO

Sabiq vəzifəli şəxsə HÖKM OXUNDU

Sabiq vəzifəli şəxsə HÖKM OXUNDU

Pensiya alanlara MÜJDƏ: ÖDƏNİŞ ARTA BİLƏR

Pensiya alanlara MÜJDƏ: ÖDƏNİŞ ARTA BİLƏR

“Qızıl buts”u o qazandı

“Qızıl buts”u o qazandı

Tennis Akademiyasında ÖLÜM

Tennis Akademiyasında ÖLÜM

İranda daha bir din xadimi öldürüldü – FOTO

İranda daha bir din xadimi öldürüldü – FOTO

Naxçıvana gedənlər sənədləri “mygov”la təsdiq edəcəklər

Naxçıvana gedənlər sənədləri “mygov”la təsdiq edəcəklər

İsmayıllıdakı qəzada faciəli şəkildə ölən motosikletçinin FOTOSU

İsmayıllıdakı qəzada faciəli şəkildə ölən motosikletçinin FOTOSU

Yay mövsümünün "ucuz" tələsi: Bir kliklə pulunuz yoxa çıxa bilər – VİDEO

Yay mövsümünün "ucuz" tələsi: Bir kliklə pulunuz yoxa çıxa bilər – VİDEO

End of content

No more pages to load

RADİO