Ağ Evin yeni mətbuat katibi Karin Jan-Pyer bu gün jurnalistlər üçün ilk brifinqini keçirib.
Bizim.Media CNN-ə istinadən xəbər verir ki, o, cinsi oriyentasiyası ilə bağlı sualı cavablayıb.
"Mən qaradərili lezbiyan və immiqrant olduğumu dəfələrlə bildirmişəm. Lakin bu vəzifəyə təyinatım bunlarla bağlı deyil, əvvəlki uğurlarım əsəsdır", - deyə Karin Jan-Pyer əlavə edib.
Qeyd edək ki, 44 yaşlı Karin Jan-Pyer 2 ildir bu vəzifəsində çalışan Cen Psakini əvəzləyib.
Bizim.Media