Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-a səfəri çərçivəsində ABŞ dövlət katibi Entoni Blinkenlə görüşəcək.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “TRT Haber” telekanalı yayıb.
Mənbə yazır ki, görüşdə Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesi müzakirə predmeti olacaq.
Müzakirələrin Türkiyə-ABŞ Strateji Mexanizminin ilk iclası çərçivəsində aparılacağı deyilir.
Bizim.Media