“Rusiya ordusunun Ukraynadakı uğursuzluqlarına görə, Putin Gürcüstana hücum əmri verə bilər”.
Bizim.Media “CNN”ə istinadən xəbər verir ki, bu iddia ilə amerikalı politoloq Linkoln Mitçel çıxış edib:
“Putin Ukraynada ilişib qalsa, ona hardasa təcili qələbə lazım olacaq və hücum dalğası Gürcüstana sıçrayacaq”.
Nəşrin məlumatına görə, eyni qorxuları Gürcüstan prezidenti Salome Zurabişvili də dilə gətirib. Onun sözlərinə görə, ölkədə mövcud siyasi gərginlik Ukraynanın işğalından sonra artıb.
Bizim.Media