İsveçin xarici işlər naziri Ann Linde onilliklər boyu davam edən hərbi neytrallığa son qoyaraq NATO-ya qoşulmaq üçün ərizə imzalayıb.
Bizim.Media xəbər verir ki, bu barədə “SVT” məlumat yayıb.
“Bu, çox böyük, çox ciddi hissdir və İsveç üçün ən yaxşı nəticəyə gəlmişik kimi hiss edirik.
Bunun nə qədər vaxt aparacağını bilmirik, amma hesablayırıq ki, bir ilə qədər vaxt apara bilər. Bu ərizə Finlandiya ilə birlikdə bir gün ərzində təqdim olunacaq və sonra NATO tərəfindən baxılacaq” – deyə Linde qeyd edib.
Bizim.Media