“Avropa İttifaqına (Aİ) üzv ölkələrin müdafiə nazirləri Finlandiya və İsveçin NATO-ya daxil olmasını tam dəstəkləyəcək”.
Bizim.Media xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel təşkilatın müdafiə nazirlərinin Belçikanın paytaxtı Brüsseldə keçirilən görüşündən öncə bildirib.
“Biz İsveç və Finlandiyanın NATO-ya daxil olmasını tam dəstəkləyəcəyik, çünki bu bizim birliyimizi möhkəmləndirəcək və bu, Şimali Atlantika Alyansını gücləndirəcək”, - deyə Borrel qeyd edib.
O, həmçinin Türkiyənin Finlandiya və İsveçin NATO-ya üzv olmasına etiraz etməsinə münasibət bildirib:
“Ümid edirəm ki, bu tip etirazları aradan qaldıra bilərik”.
Bizim.Media