Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan əsilli komandiri təltif edib.
Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski “Twitter” səhifəsində məlumat paylaşıb.
“Ukrayna Prezidenti Volodimir Zelenski 92-ci əlahiddə mexanikləşdirilmiş briqadanın tağım komandiri, Azərbaycan əsilli ukraynalı zabit, baş leytenant Ağasıyev Kirill Yaşar oğluna “Ukrayna Qəhrəmanı” fəxri adını verib” - deyə səfir qeyd edib.
Bizim.Media
