Ukraynanın Odessa şəhərinə bir neçə raket hücumu olub.
Bizim.Media xəbər verir ki, bu barədə Odessa Vilayət Prokurorluğu məlumat yayıb.
“Bu gün səhər saatlarında Rusiya silahlı qüvvələri beynəlxalq humanitar hüquq normalarına məhəl qoymadan Belqorod-Dnestrovski vilayətində turizm infrastrukturu obyektlərinə növbəti zərbə endirib”, - deyə bildirilib.
Qeyd olunub ki, 15-dən çox fərdi yaşayış evinə xeyli ziyan dəyib.
Bizim.Media