Onurğa mayesi transferiylə yaşlı siçanların beyni inkişaf etməyə başlayıb.
Bizim.Media xəbər verir ki, ABŞ alimləri gənc siçanlardan alınan onurğa mayesini yaşlı siçanlara vurub və bununla da onların beyinlərinin inkişaf etməsini sübuta yetiriblər.
Tədqiqat qrupu gənc siçanlardan onurğa beyini mayesini baş beynin ön yarımkürəsinə köçürüblər.
Serebrospinal mayenin beynin normal inkişafı üçün zəruri olan əsas ionların və qida maddələrinin qarışığı olduğunu bildirən tədqiqatçılar bunun beyin sağlamlığının göstəricisi olduğuna diqqət çəkirlər.
Amma məməlilər yaşlandıqca mayenin tərkibində bəzi dəyişikliklər olur və bu dəyişiklik yaddaşla əlaqəli hüceyrələrə təsir edə bilər.
ABŞ-ın Massaçusets ştatındakı Boston Uşaq Xəstəxanasından neyrobioloq Maria Lehtinen bu araşdırmanın fundamental elm baxımından olduqca həyəcanverici olduğunu bildirib və daha çox araşdırma aparılmasının lazım olduğunu vurğulayıb.
Leyla Şah, Bizim.Media