Ukrayna Rusiyanın hərbi itkilərini açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin "Facebook" səhifəsində məlumat verilib.
Bildirilir ki, fevralın 24-dən bu günə qədər Rusiya Ordusunun 1 218 tankı, 2934 zirehli döyüş maşını, 551 artilleriya sistemi, 195 reaktiv yaylım atəşi sistemi, 88 havadan müdafiə sistemi, 200 hərbi təyyarəsi, 163 helikopteri, 2059 avtomobil texnikası və yanacaq çəni, 13 gəmi/kateri, 411 dronu, 42 xüsusi avadanlığı, 95 qanadlı raketi məhv edilib.
Məlumatda həmçinin qeyd olunur ki, Ukrayna Müdafiə Nazirliyi Rusiya tərəfinin təxminən 27 200-dən çox canlı qüvvəsini itirdiyini bəyan edib.
Bizim.Media