Ukrayna Prezidenti Volodimir Zelenski Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxış etmək üçün dəvət olunub.
Bizim.Media xəbər verir ki, Zelenski mayın 23-də başlayacaq tədbirin ilk günündə videobağlantı vasitəsilə çıxış edəcək. Bu barədə forumun spikeri Yann Tsolf bildirib.
Forumda Ukraynanın rəqəmsal transformasiya naziri Mixail Fedorov və Kiyev meri Vitali Kliçko da iştirak edəcək.
Dünya İqtisadi Forumunun illik toplantısı mayın 22-26-da İsveçrənin Davos şəhərində keçiriləcək.
Bizim.Media