ABŞ Yunanıstanın Krit adasında qırıcı təyyarələr yerləşdirmək istəyir.
Bizim.Media xəbər verir ki, bununla bağlı Vaşinqton Yunanıstana rəsmi bəyanat göndərərək, Krit adasının ərazisinə F-35 və F-15 qırıcılarının yerləşdirilməsinə icazə verilməsini istəyib.
Afina artıq cavab hazırlayır və müvafiq müraciət təsdiq olunarsa, Birləşmiş Ştatlar Souda aviabazasında qırıcılar yerləşdirə biləcək.
Bundan əlavə, ABŞ Yunanıstandan Ukraynaya silah, xüsusilə S-300 batareyaları, bəzi hava hücumundan müdafiə sistemləri və BMP-1 zirehli maşınları göndərməyi tələb edir. Yunanıstan da öz növbəsində silahların təzminat ödəyərək, Lesbos, Xios və Rodos kimi adalara göndərilməsini istəyib.
Bizim.Media