Fransa prokurorları “İnterpol” beynəlxalq polis agentliyinin prezidenti Əhməd Naser Əl-Raisiyə qarşı “işgəncədə şəriklik” ittihamı ilə iş açıb.
Bizim.Media “Politico”ya istinadən xəbər verir ki, o, “işgəncələrdə iştirak etmək” və “əsassız həbslər”də ittiham olunur.
Bildirilib ki, məhkəmə istintaqı martın sonunda Parisdə iki britaniyalının “işgəncələrdə iştirak etmək” faktı ilə bağlı "İnterpol" prezidentindən şikayət etməsindən sonra başlayıb.
Milli Terrorla Mübarizə Prokurorluğu Parisdəki istintaq hakiminə araşdırma aparılmasına dair göstəriş verildiyini təsdiqləyib. Şikayətlərdə 2018 və 2019-cu illərdə baş vermiş “işgəncə” və “əsassız həbs” iddiaları yer alır.
Bizim.Media