Dünyanın ən varlı adamlarından biri olan Microsoft korporasiyasının qurucusu Bill Qeyts (Forbes-ə görə 129 milyard dollarla dünya milyarderləri arasında dördüncü yerdədir) COVID-19 xəstəliyinə tutulduğunu açıqlayıb.
Bizim.Media “rbc.ru” saytına istinadən xəbər verir ki, bu barədə o, özünün Twitter səhifəsində yazıb.
"COVID üçün müsbət test etdim, yüngül simptomlarım var" deyə o, qeyd edib.
Milyarderin sözlərinə görə, ona peyvənd vurulub. Qeyts hazırda təcrid olunub.
Bizim.Media