ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild mayın 9-da Suriya ilə Türkiyə sərhədinə səfərini təxirə salıb.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ-ın BMT-dəki missiyasının mətbuat xidməti bildirib.
"ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfildin mayın 9-da Türkiyəyə planlaşdırılan səfəri təxirə salınıb", - deyə qeyd olunub.
Bildirilib ki, Linda Tomas-Qrinfildin mayın 9-10-da “Suriya və regionun gələcəyinə dəstək” mövzusunda Avropa İttifaqının sədrliyi ilə keçirələcək konfransında ABŞ nümayəndə heyətinin rəhbəri kimi Brüsselə səfər edəcək.
Brüsseldəki konfrans çərçivəsində ABŞ-ın BMT-dəki daimi nümayəndəsi "Suriya siyasi prosesinə beynəlxalq dəstək perspektivlərini, habelə insan hüquqlarının pozulmasına görə məsuliyyət cəlb olunma məsələlərini müzakirə etmək üçün nazirlər görüşü keçirəcək".
Bizim.Media