ABŞ-nin Miçiqan ştatında "partlayışlı" diyareyaya (kəskin ishal) səbəb olan infeksiyaya yoluxanların sayı 6,5 min nəfəri ötüb.
Bizim.Media xəbər verir ki, bu barədə Miçiqan Səhiyyə və Sosial Xidmətlər Departamentinin məlumatında bildirilib.
Qurumun rəsmi bəyanatında, "Ümumi yoluxma hallarının sayı: 6571", – deyə qeyd olunub.
Departament bir gün əvvəl (bazar ertəsi) ştatda 6148 yoluxma faktının aşkarlandığını bildirmişdi.
Bundan əvvəl "The Washington Post" qəzeti sanitariya qurumlarının bu kütləvi tsiklosporoz – "partlayışlı" diyareyaya yoluxma dalğasında "Taco Bell" restoranlar şəbəkəsinin iştirakını araşdırdığı barədə məlumat yaymışdı.
Bizim.Media