Fransa prezidenti Emmanuel Makronun andiçmə mərasimi keçirilib.
Bizim.Media xəbər verir ki, mərasim Yelisey Sarayında baş tutub.
Andiçmə mərasimində çıxış edən prezident Emmanuel Makron Fransa xalqına ona etimad göstərdiyi üçün təşəkkür edib.
"Fransız xalqı mənə ikinci mandat verdi və növbəti beş il üçün mənə etibar etdi. Bilirəm ki, buna uyğun addımlar atmalıyam. Bu kövrək bir etimaddır, azadlıq, dəyərlərimiz sınaq altındadır", - deyə Makron çıxışında bildirib.
Bizim.Media