Bu gün Ukrayna ilə Rusiya arasında növbəti əsir mübadiləsi olub.
Bizim.Media UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş nazirinin müavini İrina Vereşçuk öz “Telegram” kanalında bildirib.
Vereşçuk qeyd edib ki, 28 hərbçi və 13 mülki şəxs geri qaytarılıb.
O əlavə edib ki, qaytarılanlardan 11 nəfəri qadındır.
Bizim.Media