Ukrayna Prezidenti Volodimir Zelenski “Ukrayna qanunvericiliyinin sovetsizləşdirilməsi haqqında” qanunu imzalayıb.
Bizim.Media “TASS”a istinadən xəbər verir ki, bu barədə Ali Radanın spikeri Ruslan Stefançuk bildirib.
“Artıq Ukrayna qanunvericiliyində “Böyük Oktyabr Sosialist İnqilabının qələbələri”ndən bəhs edilmir və Kommunist Partiyasının hazırladığı proqramlara istinad edilmir. SSRİ və Ukrayna SSR dövlət hakimiyyəti və idarəetmə orqanlarının 1200-ə yaxın aktı təmizlənir”, – deyə Stefançuk qeyd edib.
Bizim.Media