“Rusiyanın Ukrayna və Moldova kimi digər qonşularını təhdid etməsi İsveç və Finlandiyanı NATO üzvlüyü barədə düşünməyə vadar edib”.
Bu sözləri Bizim.Media-ya açıqlamasında ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç söyləyib.
Səfirin sözlərinə görə İsveç və Finlandiya suveren və müstəqil ölkələrdir və onların NATO ilə sıx əlaqələri var:
“Əgər Finlandiya və İsveç üzvlüklə bağlı NATO-ya müraciət etsə, əminəm ki, ABŞ iki güclü təhlükəsizlik təminatçısının alyansa qoşulmasını alqışlayacaq. Putin bu addımlara şərait yaratdığından Rusiyanın şikayət etmək üçün heç bir əsası yoxdur”.
Leyla Şah, Bizim.Media