Türkiyədə gəmidə partlayış olub, 5 nəfər yaralanıb.
Bizim.Media “CNNTurk”ə istinadən xəbər verir ki, hadisə Tuzlada gəmilərin təmir edildiyi müəssisədə baş verib.
Bildirilib ki, hadisə nəticəsində 5 nəfər işçi xəsarət alıb. Partlayışa qaz sızmasının səbəb olduğu ehtimal edilir. Faktla bağlı araşdırma aparılır.
Bizim.Media