“Ukraynadakı hərbi əməliyyatlara Volodimir Zelenski nəzarət etmir. Bəlkə də, səhv edirəm, amma belə düşünürəm. Əməliyyatlara siz (Qərb ölkələri) nəzarət edirsiniz”.
Bizim.Media xəbər verir ki, bu barədə Belarus Respublikasının rezidenti Aleksand Lukaşenko “Associated Press” nəşrinə müsahibəsində bildirib.
“Əgər Co Bayden desə ki, "hamınız, kifayət qədər döyüşmüsünüz, indi bunu dayandırmalısınız, bu müharibə heç kimə lazım deyil, heç kimin marağında deyil", onda hər şey bir həftə ərzində dayanacaq” – deyə Lukaşenko qeyd edib.
Bizim.Media