ABŞ Müdafiə Nazirliyi Qara dənizdə Rusiyanın “Moskva” kreyserinin qanadlı raketlə vurulması üçün Ukraynaya kəşfiyyat məlumatı ötürülməsini təkzib edib.
Bizim.Media CNN-ə istinadən xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Con Kirbi bəyanat yayıb.
O bildirib ki, ABŞ Ukraynaya “Moskva” üçün konkret hədəf məlumatları verməyib:
“Biz ukraynalıların gəmiyə zərbə endirilməsi ilə bağlı həyata keçirdikləri əməliyyatda iştirak etməmişik. Ukraynanın gəmini hədəfə almaq niyyəti ilə bağlı öncədən heç bir məlumatımız olmayıb”.
Bizim.Media