İsraildə növbəti terror aktı törədilib.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, Elad şəhərində naməlum şəxslərin hücumu nəticəsində 3 israilli ölüb, 4-ü yaralanıb.
Hazırda polis hücum edənlərin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirir.
Yerli hakimiyyət orqanları şəhər sakinlərindən evlərində qalmağı xahiş edib.
Bizim.Media