Rusiyanın “Azimut” aviaşirkəti Soçi-Bakı-Soçi marşrutu ilə uçuşlara başlayacaq.
Bizim.Media aviaşirkətin saytına istinadən xəbər verir ki, “Azimut” mayın 9-dan Rusiyanın Krasnodar vilayətinin Soçi şəhərindən həftənin bazar ertəsi və cümə günləri Bakıya uçuşlar həyata keçirməyə başlayacaq.
Təyyarələr yerli vaxtla saat 01:00-da Soçidən yola düşərək 03:50-də Azərbaycanın paytaxtına enəcək. Soçiyə yollanan sərnişinlər Bakıdan saat 04:20-də qalxan təyyarə ilə 05:20-də Soçiyə çatacaqlar.
Şirkət iyun ayından uçuşların sayını artırmağı planlaşdırır.
Bizim.Media