Səhmdarlar dünyaca məşhur film və serial platforması “Netflix”i məhkəməyə verib və xidməti fırıldaqçılıqda ittiham ediblər.
Bizim.Media xəbər verir ki, platforma aprel ayında inflyasiya səbəbindən 2022-ci ilin birinci rübündə 200 min abunəçinin itirildiyini elan edib.
“Netflix”in Rusiyada bağlanması isə daha 700 min istifadəçinin itirilməsinə səbəb olub.
Nəticədə platformanın payları 25,7% azalıb, işçilər ixtisar edilib və layihələr bağlanmaq məcburiyyətində qalıb. İnvestorların sözlərinə görə, “Netflix” öz çətinliklərini qəsdən gizlədib, səhmdarların itkilərə məruz qalmasına səbəb olan “yanlış” proqnozlar verib.
Bütün bu məsələlərin həllini isə artıq məhkəmədə müəyyən edəcəklər.
Rəşad Əliyev, Bizim.Media