“Polis Ambik Sasunyanı saxlayıb. Paşinyana məxsus “Vətəndaş müqaviləsi” fraksiyasından və bütün türk xalqı adından sizə alqışlar... Ambik vətəni naminə 40 il həbsdə yatdı, üç saat da dözəcək”.
Bizim.Media xəbər verir ki, bu fikirləri hüquq müdafiəçisi Ruben Melikyan öz Facebook səhifəsində yazıb.
Qeyd edək ki, 1982-cü ildə ASALA üzvü Ambik Sasunyan Türkiyənin Los-Ancelesdəki baş konsulu Kamal Arıkanı qətlə yetirməkdə təqsirli bilinərək 1984-cü ildə ömürlük həbs cəzasına məhkum edilib.
12 mart 2021-ci ildə Kaliforniya qubernatoru Gavin Newsom Los Anceles məhkəməsinin Sasunyanın şərti azadlığa buraxılması ilə bağlı qərarına etiraz etməyəcəyinə qərar verib.
Nəticədə erməni qatil şərti azadlığa buraxılıb və hazırda Ermənistandadır.
Bizim.Media