“Kreml Avropa İttifaqı (Aİ) tərəfindən Rusiyaya qarşı altıncı sanksiya paketinin hazırlanması prosesini izləyir”.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.
“Sanksiyalarla Rusiyaya zərbə vurmağa çalışan ölkələr cavab vermək məcburiyyətindədirlər. Avropalılar üçün bu, baha başa gələcək. Ümumiyyətlə, sanksiyalar ikitərəfli silahdır”, - deyə Peskov söyləyib.
Qeyd edək ki, altıncı sanksiya paketində Rusiya neftinə qadağa qoyulması təklif edilib.
Bizim.Media