9 may Qələbə Günündə Rusiyada ümumi səfərbərlik elan etmək planları ilə bağlı nəşrlərə inanmaq olmaz, doğru deyil.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bunu jurnalistlərə Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
O “Bu cür mesajlara inanmaq olarmı?” sualına belə cavab verib: “Xeyr, bu, cəfəngiyyatdır”.
Peskov “Mayın 9-da Ukraynaya müharibə elan ediləcək” fikrinə də münasibət bildirib: “Belə şey ola bilməz”.
Bizim.Media