"Rusiyanın Ukrayna yaxınlığında və Qara dəniz regionunda hərbi mövcudluğunun kütləvi şəkildə artması beynəlxalq sabitliyə, xüsusən Qara dənizdə Avropa və regionun təhlükəsizliyinə təsir edir”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Rumıniya prezidenti Klaus İoqannis səsləndirib.
“Bu baxımdan Rumıniyanın dayanıqlığını gücləndirməyə məcburuq və Amerikanın portativ tank əleyhinə raket sistemini, F-35 beşinci nəsil qırıcı təyyarələrini ölkəmizə gətiririk”, deyə o, qeyd edib.
Xatırladaq ki, Avropa Rusiyanın hansı gücə sahib olduğunu anlamağa və öz təhlükəsizliyini düşünməyə başlayıb.
Bizim.Media