Ukrayna ordusuna məxsus “Bayraktar TB-2” PUA-sı Zmeynı adasında Rusiyanın ZU-23-2 zenit raketini və HHM sistemlərini məhv edib.
Bizim.Media xəbər verir ki, bu haqda görüntülər Ukraynaya məxsus Telegram kanalında yer alıb.
Xatırladaq ki, fevralın 24-də başlayaraq Rusiya ordusu Ukraynaya hücum edib, nəticədə hər iki tərəfdən minlərlə hərbçi həlak olub.
Rəsmi Moskva bunu "xüsusi hərbi əməliyyat" adlandırıb.
Bizim.Media