“Ukrayna prezidenti Volodimir Zelenskinin sülh müqaviləsinə ehtiyacı yoxdur, çünki bu, onun hakimiyyətinin sonu demək olardı. Ya onu moskvalılarla əlbir olduğu üçün asacaqlar, ya da müharibəni uduzan prezident kimi uzaqlaşdıracaqlar.
Bizim.Media “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev öz Teleqramında yazıb.
Medvedevin sözlərinə görə, bunu Zelenskinin ətrafı da təsdiqləyir, onlar “sülh müqaviləsinin olmayacağını söyləyirlər”.
Təhlükəsizlik Şurasının sədr müavini təklif edib ki, Ukrayna lideri Qərbdən pul və silah istəməkdə davam edəcək, həmçinin xalqın qayğısını imitasiya edəcək.
“Zelenski liberal dünyanın ümidi, Avropa demokratiyasının son qalası olduğunu sübut etməyə çalışacaq”, – Medvedev yazıb.
Bizim.Media