Rusiya prezidenti Vladimir Putin mayın 9-da Ukraynaya rəsmən müharibə elan edə bilər.
Bizim.Media CNN telekanalına istinadən xəbər verir ki, bu qənaətə Amerika və Qərb rəsmiləri gəlib.
Onların fikrincə, Ukraynaya qarşı rəsmən müharibənin elan edilməsi bu ölkənin şərq və cənubunu işğal etmək üçün Rusiyanın ehtiyat qüvvələrinin tam səfərbər edilməsinə imkan yaradacaq.
Media yazır ki, mayın 9-da rəsmi müharibə elanı Rusiya vətəndaşlarını ruhlandıra və işğalın populyarlığını artıra bilər.
Bizim.Media