Tehran-Urmiya reysi ilə uçan təyyarə qəza enişi edib.
Bizim.Media xəbər verir ki, Tehrandan Urmiyaya uçan təyyarə texniki nasazlığa görə Tehrana qayıdaraq qəza enişi edib.
Təyyarənin sərnişinləri arasında xəsarət alan olmayıb.
Hazırda təyyarədəki problem aradan qaldırılır. Sərnişinlər başqa təyyarə ilə Urmiyaya yola salınacaq (APA).
Bizim.Media