Odessa yaxınlığındakı hərbi aerodromda, ABŞ və Avropadan gətirilən silah və sursatların olduğu anqar Rusiyanın “Oniks” raketləri ilə məhv edilib.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov yayıb.
Onun sözlərinə görə, anqarın yaxınlığında uçuş-enmə zolağı da dağıdılıb:
“Bundan əlavə, Rusiyanın hava hücumundan müdafiə qüvvəsi Xarkov vilayətinin Petrovski rayonunda iki Su-24M bombardmançı təyyarəsini və Zaporojye vilayətinin Tokmak kəndi üzərində iki “Toçka-U” raketini vurub.Gecə Ukraynaya məxsus 12 pilotsuz uçuş aparatı da məhv edilib”.
Konaşenkov, həmçinin Donetsk vilayətindəki Berezovoye, Xarkov vilayətinin Slatino və Barvenkovo yaşayış məntəqələri ərazilərində Ukrayna qoşunlarının cəmləşdiyi dörd ərazinin, üç silah və sursat anbarının yüksək dəqiqlikli raketlərlə zərərsizləşdirilməsi barədə məlumat verib.
Bizim.Media