Türkiyə təhlükəsizlik qüvvələrinin Şırnak vilayətində yerləşən Cudi dağı bölgəsində həyata keçirdiyi “Eren Abluka-5” antiterror əməliyyatında yaralanan iki hərbçisindən biri İsmail Can Akdeniz şəhid olub.
Bizim.Media xəbər verir ki, məlumatı daxili işlər naziri Süleyman Soylu paylaşıb.
MÖVZU İLƏ BAĞLI:
Türkiyə ordusu şəhid verdi - “Pençe-Kilit” əməliyyatı
Bildirilir ki, şəhid hərbçi və onun yaralanan digər silahdaşı daxili qoşunlarda xidmət ediblər. Hər iki qəhrəman terrorçularla atışmada yaralanmışdı.
Bizim.Media